Peyvənd olunan uşaqlar nadir xəstəliyə tutuldu

İngiltərədə uşaqlara “donuz qripi”nə qarşı peyvəndin vurulması əks təsir göstərib



Belə ki, uşaqlardan bəzisində nadir xəstəlik olan - narkolepsiya (yuxututma) müəyyən edilib. Bu xəstəliyə tutulan uşaqlar nəzarətsiz şəkildə yatır və 19 saat yuxulu qalırlar.

"Daily Mail" xəbər verir ki, bu halı ilk dəfə olaraq britaniyalı Karolin Hedfild aşkarlayıb. O, 5 yaşlı oğlunun daim yatdığını, yuxudan ayıla bilmədiyini görərək həkimə müraciət edib. Analiz nəticələrindən aydın olub ki, bir müddət əvvəl ona da bəzi uşaqlar kimi "donuz qripi" əleyhinə peyvənd vurulub. Peyvənd edilən uşaqların bir çoxunda da məhz həmin xəstəlik aşkar edilib.

Narkolepsiya – əsas əlaməti yuxu tutmaları olan xəstəlikdir. Bir qrup xəstələrdə səbəbkar faktoru təyin etmək mumkun olmasa da,digər qrup xəstələrdə narkolepsiya keçirilmiş infeksiyadan ( epidemik ensefalit, malyariya), kəllə - beyin travmalarından sonra ortaya çıxır. Xüsusi hallarda irsi faktorun rolu qeyd edilir. Narkolepsiyanin səbəbi hipofizin III mədəciyin şişləri, daxili hidrosefaliya ola bilər . Bu xəstəlikdə patoloji proses silvi su kəməri və III mədəciklə əhatə olunan beyin kütləsində yerləşir. Narkolepsiya üçün üç əlamət : Yuxu tutmaları , katoplektik tutmalar, gecə yuxusunun pozulması xarakterikdir.

Elnarə Əlosmanqızı
AzNews.az