Rusiya xarici işləri nazirinin müavini Sergey Ryabkov maliyyə ödənişlərinin ABŞ bankları vasitəsilə yerinə yetirilməsinə münasibət bildirib. O, ABŞ banklarından imtina etmək üçün yeni yollar axtarılmasının vacib olduğunu deyib. Rusiya xarici işləri nazirinin müavini Sergey Ryabkov maliyyə ödənişlərinin ABŞ bankları vasitəsilə yerinə yetirilməsinə münasibət bildirib. O, ABŞ banklarından imtina etmək üçün yeni yollar axtarılmasının vacib olduğunu deyib.

Rusiyadan açıqlama: “Dollarsız yaşaya bilmərik”

Rusiya xarici işləri nazirinin müavini Sergey Ryabkov maliyyə ödənişlərinin ABŞ bankları vasitəsilə yerinə yetirilməsinə münasibət bildirib. O, ABŞ banklarından imtina etmək üçün yeni yollar axtarılmasının vacib olduğunu deyib.

AzNews.az “Sabah”a istinadən xəbər verir ki, Ryabkov açıqlamasında “təəssüf ki, hələlik dollarsız yaşamaq mümkün deyil. ABŞ, həqiqətən, bu sahədə böyük bir qüvvəyə malikdir. O Rusiyanın ABŞ-ı maliyyə və iqtisadiyyat sahəsində gözardı edə bilməyəcəyini düşündüyünü nümayiş etdirir” – deyə, vurğulayıb.

Nazir müavini qlobal valyutaların şaxələndirilməsi, milli valyutalardakı ödənişlərin artırılması və ABŞ banklarından asılı olmayan bir sistemə keçid üçün çağırış səsləndirib.

Nurlan AĞA
Aznews.az