İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi 615 məhkumu əfv edib. İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi 615 məhkumu əfv edib.

Xamneyi 615 məhkumu əfv etdi

İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi 615 məhkumu əfv edib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ali rəhbərin administrasiyasından verilən məlumata görə, Qurban və Qədr-Xum bayramları münasibətilə Ayətullah Seyid Əli Xamneyi humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq 615 məhkumu əfv edib.

Müxtəlif cinayətlərə görə inqilab məhkəmələri tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlər Ali rəhbərə əfv olunmaları haqqında müraciət etmişdilər.

Əfv fərmanına əsasən, bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə cəza müddətləri azaldılıb.

AzNews.az