- Köhnə - Dünya
- 2 Sentyabr 2018 15:04
- 5 504
Kolorado çayında iki qayıq toqquşdu - 13 nəfər yaralandı
ABŞ-ın Kaliforniya ştatında, Kolorado çayında iki qayıq toqquşub.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qayıqların toqquşması nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 1-i ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb, digər 12 nəfərin isə vəziyyəti yaxşıdır.
Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, 1 və ya 2 nəfər itkin düşüb və yəqin ki, batıb.
AzNews.az