Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb. Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb.

Somalidə terror - 6 nəfər öldü

Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3-ü nəzarət-buraxılış məntəqəsində avtomobili saxlayan hərbçi olmaqla 6 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Bildirilir ki, xəsarət alanların 6-sı uşaqdır.

Partlayışa görə cavabdehliyi "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.

AzNews.az