- Köhnə - Dünya
- 3 Sentyabr 2018 07:19
- 5 027
400-ə yaxın məhbus həbsxanadan qaçdı
Liviyanın paytaxtı Tripoli şəhərindəki həbsxanadan 400-ə yaxın məhbus qaçıb.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, yaxınlıqda atışma səslərini eşidən məhbuslar həbsxanada qarışıqlıq yaradaraq qapıları söküblər. Hazırda qaçan məhbusların dəqiq sayı müəyyənləşdirilir.
Xatırladaq ki, daha əvvəl Tripolidə silahlılarla toqquşmalarla əlaqədar fövqəladə vəziyyət elan edilib. Toqquşmalar avqustun sonlarında başlayıb.
AzNews.az