Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf çəkmə atəşinə tutuldu Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf çəkmə atəşinə tutuldu

Eks prezidentə çəkmə atdılar

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf çəkmə atəşinə tutuldu



Bu gün Pakistanın keçmiş lideri Pərviz Müşərrəfə naməlum bir vəkil tərəfindən çəkmə atılıb. "Ria Novosti"nin verdiyi məlumata əsasən, atılan çəkmə Müşərrəfə dəyməyib, lakin baş verən hadisə böyük səs-küy yaradıb. Hadisədən sonra Müşərrəfi təhlükəsiz yerə aparıblar.

Qeyd edək ki, artıq liderlərə çəkmə atışı media tərəfindən o qədər də qeyri-adi hadisə kimi qarşılanmır. Müşərrəfdən öncə, eks prezident Corc Buşa, Sudan prezidenti Ömər əl-Bəşirə, Mahmud Əhmədinejata çəkmə atılıb.

Aynur Hüseynova
AzNews.az