- Köhnə - Dünya
- 7 Sentyabr 2018 11:58
- 5 778
Kanadada atışma - 3 nəfər xəstəxanalıq oldu
Kanadanın Ontario əyalətində atışma nəticəsində 3 nəfər yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Sent-Katarins şəhərində baş verib.
Evlərdən birində çox sayda atəş səsi eşidilməsi ilə bağlı məlumat alan polis hadisə yerinə çatarkən 3 yaralı aşkar edib. Onlar xəstəxanaya yerləşdiriliblər və ikisinin vəziyyəti ağırdır.
Hazırda polis iki şübhəlini axtarır.
AzNews.az