Suriyada gərginlik yaşayan ABŞ və Rusiya Şimal Buzlu okeanında qarşı-qarşıya gəliblər. Suriyada gərginlik yaşayan ABŞ və Rusiya Şimal Buzlu okeanında qarşı-qarşıya gəliblər.

ABŞ-la Rusiya Şimal Buzlu okeanında üz-üzə gəldi - Döyüş təyyarələri...

Suriyada gərginlik yaşayan ABŞ və Rusiya Şimal Buzlu okeanında qarşı-qarşıya gəliblər.

AzNews.az xarici mətbuata istinadla yazır ki, Rusiya Müdafiə Nazirliyindən verilmiş məlumata görə, ABŞ jetlərinin qütblərdə uçuş həyata keçirmiş bombardman təyyarələrini izlədiyi məlum olub.

Şimal Buzlu, Berinq və Oxotsk dənizlərində uçan rus təyyarələrinin ABŞ-ın “F-22”ləri tərəfindən izlənildiyi ilə bağlı açıqlama verilib.

Qeyd edək ki, əvvəlki həftələrdə NATO missiyası ilə uçuş həyata keçirmiş İngiltərənin “Typhoon” təyyarələri iki dəfə Qara dəniz səmasındakı rus döyüş təyyarələrinin qarşısını kəsmişdi.

Nurlan AĞA
AzNews.az