Kim Çen In Trampa yenə məktub göndərdi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ prezidenti Donald Trampa növbəti dəfə məktub göndərib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti D.Tramp deyib.

D.Tramp bildirib: "O mənə məktub yazıb. Hazırda məktubu mənə gətirirlər... Fikirləşirəm ki, məktubu Mayk Pompeo gətirir".

ABŞ prezidentinin sözlərinə görə, o, ümid edir ki, məktubun məzmunu "müsbət" olacaq.

AzNews.az