- Köhnə - Dünya
- 7 Sentyabr 2018 23:58
- 6 635
Putin də Xamenei ilə görüşdü
Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşündən sonra təkbətək görüşlər baş tutub.
“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, İranın ali dini rəhbəri Seyid Əli Xamenei Rusiya prezidenti Vladimir Putini qəbul edib.
Görüşdə əsas müzakirə mövzusu beynəlxalq arenada Rusiya-İran həmrəyliyi olub.
Ayətullah Xamenei bildirib ki, ABŞ insanlıq üçün təhlükədir və bu ölkəyə qarşı birgə hərəkət edilməlidir.
AzNews.az