- Köhnə - Dünya
- 8 Sentyabr 2018 09:18
- 7 203
“İran və Rusiya ABŞ-a qarşı...” - Xameneidən açıqlama
İranın ali dini lideri ayətullah Əli Xamenei cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşünün yekununda bildirib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, onun sözlərini "Fars" agentliyi sitat gətirib.
"Hər iki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın qarşısının alınmasıdır. Çünki Amerika bəşəriyyət üçün təhlükə törədir və bu [əməkdaşlıq] – onun qarşısının alınması üçün düşən imkanlardan biridir", - deyə Xamenei bildirib.
V.Putin və Ə.Xamenei arasında görüş İran dini liderinin Tehrandakı iqamətgahında baş tutub. Xamenei bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
AzNews.az