Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı münasibət bildirib. Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı münasibət bildirib.

Albayrak məqalə yazdı, ABŞ-ı “yıxıb sürüdü”

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ABŞ-ın iqtisadi sanksiyaları ilə bağlı münasibət bildirib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, o, Türkiyənin ABŞ tərəfindən təhdid olunan yeganə ölkə olmadığını qeyd edib. Albayrak deyib ki, Türkiyə iqtisadiyyatına hücum, iqtisadi gücün siyasi silah olaraq istifadəsi qlobal problem yaradacaq dərəcədə qiymətləndirilməlidir.

Nazir B.Albayrak bunları amerikan “Foreign Policy” (“Xarici Siyasət”) adlı dərgidəki ingiliscə yazdığı məqalədə qeyd edib.

O, həmçinin vurğulayıb ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları onları Avropa İttifaqı ilə daha da yaxınlaşdırdı. Məqalədə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makrondan bu durumu pisləyən rəylər bildirilməsi nümunə olaraq göstərilib.

Nurlan AĞA
AzNews.az