- Köhnə - Dünya
- 8 Sentyabr 2018 10:56
- 9 078
Obama hələ bu cür danışmamışdı - Tramp bunu həzm edə bilməyəcək
ABŞ-ın eks-prezidenti Barak Obama İllinoys Universitetindəki çıxışı zamanı hazırkı prezident Donald Tramp haqqında sərt ifadələr səsləndirib.
AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, o, Trampı bu hadisələrin səbəbi yox, nəticəsi kimi qiymətləndirərək, onun siyasi xadimlərin illərdir alovlanan istəkləri ilə qidalandığını deyib.
Obama qeyd edib ki, əvvəlki ABŞ prezidentləri yerinə gələnlər haqqında tənqidi fikirlər səsləndirməyiblər, lakin öz danışığı bu stereotipi qırıb.
Eks-prezident vurğulayıb ki, dövlətdə demokratiya pozulduğu zaman qorxu siyasəti və intiqam hissi bu boşluğu doldurur.
Obama çıxışı zamanı keçirdikləri dönəmin fərqli olduğunu mətbuatdakı manşet xəbərlərindən də gördüklərini dilə gətirərək, əl-qolu bağlı oturmağın daha təhlükəli olduğunu vurğulayıb. O, bu durumu anormal hal kimi qiymətləndirib.
O, Trampın ABŞ iqtisadiyyatının dirçəlişi ilə bağlı ifadələrinə də toxunaraq, bu inkişafın özünün dönəmindən başladığına eyham vurub.
Donald Tramp isə Obamanın çıxışı haqqında belə deyib: “Üzrlü hesab edin, baxırdım, birdən yatıb qalmışam”.
Nurlan AĞA
AzNews.az