- Köhnə - Dünya
- 8 Sentyabr 2018 11:29
- 6 171
ABŞ Suriya ilə bağlı mühüm qərar qəbul etdi - Danforddan açıqlama
Beş ay əvvəl hərbi qüvvələrinin Suriyadan çıxmağını istəmiş Trampın İdlibdəki cari hadisələrdən sonra qərarı dəyişib.
AzNews.az xarici mətbuata istinadən bildirir ki, ABŞ lideri rəsmi Vaşinqtonun bölgədə sərt diplomatiya yürütməsini qəbul etdiyini deyib.
Bu haqda ABŞ Xarici İşlər Nazirliyi mənbələrinə istinad etmiş “The Washington Post” qəzeti yazıb. Burada qeyd olunur ki, İŞİD-in təmizlənmə prosesi, təxminən, başa çatıb və Pentaqonun hazırkı hədəfi Suriyadakı İran qüvvələrinin çəkilməsidir.
ABŞ qəzeti Trampın bu qərarının səbəbini Rusiyanın İranla yaxınlaşması olduğunu bildirib.
Bəşər Əsədlə birlikdə hərəkət edən Rusiya və İran hazırda İdlibdə təmizləmə prosesində iştirak edirlər.
Bu haqda ABŞ Baş Qərargah rəisi Jozef Danford da açıqlama verərək, tez-tez Trampla Suriyada müəyyən hərbi addım atmağı danışdığını vurğulayıb.
Dünyanın aparıcı informasiya agentliyi olan “Reuters” isə bu səhər “SON DƏQİQƏ” xəbəri olaraq Danfordun Vaşinqtonun Dəməşq rejiminə kimyəvi silah istifadə etməməsi ilə bağlı xəbərdarlığını yayıb.
Digər tərəfdən isə CNN ABŞ-ın Suriyanın cənubundakı Əl-Tanf bölgəsində Rusiyaya güc nümayişi üçün hərbi təlimlər keçirdiyini vurğulayıb.
Nurlan AĞA
AzNews.az