ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) bu ay Rusiyada gerçəkləşdirəcəyi kosmik qadağalarla bağlı konfransına ölkəsinin də qatılacağını açıqlayıb. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) bu ay Rusiyada gerçəkləşdirəcəyi kosmik qadağalarla bağlı konfransına ölkəsinin də qatılacağını açıqlayıb.

Vaşinqton Moskvaya adam göndərir

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) bu ay Rusiyada gerçəkləşdirəcəyi kosmik qadağalarla bağlı konfransına ölkəsinin də qatılacağını açıqlayıb.

AzNews.az “Sputniknews”a istinadla xəbər verir ki, sözçü Moskvada keçiriləcək kosmik hüquq və siyasətlə bağlı konfransda ABŞ XİN Hüquq Müşavirliyi Bürosunun bir nümayəndəsinin iştirak edəcəyini bildirib.

Qeyd edək ki, BMT, Rusiya hökuməti, Rusiya XİN və “Roskosmos”un təşkilatçılığı ilə 11-13 sentyabr tarixlərində baş tutacaq konfransda kosmik mənbələrdən istifadə və kosmosdakı tullantılarla mübarizə müzakirə olunacaq.

Nurlan AĞA
AzNews.az