- Köhnə - Dünya
- 11 Sentyabr 2018 15:56
- 5 004
Türkiyə bütün gizli məlumatları əldə etdi
Türkiyənin Rusiyadan S-400 raketlərini almasına görə ABŞ F-35 təyyarələrinin satışına qadağa qoymaq istəsə də, ilk təyyarə Ankaraya təhvil verilib.
AzNews.az Publika.az-a istinadən xəbər verir ki, türk pilotlar ABŞ-ın Luke hərbi hava bazasında F-35 təyyarəsində test uçuşu həyata keçiriblər.
“Yeni Şəfəq” qəzeti yazır ki, F-35 təyyarələri ilə bağlı bütün gizli məlumatlar türk pilotlarına verilib.
Məlumata görə, F-35 proqramı çərçivəsində 100 ədəd təyyarə almaq istəyən Türkiyə hələlik 35 ədəd təyyarə sifariş verib. İlk etap təyyarələrin ödənişləri də edilməyə başlanılıb. Artıq 10 təyyarə üçün 1 milyard dollar ödəndiyi deyilir.
Demək olar ki, Türkiyə ABŞ-ın onlara vermədiyi F-35 qırıcılarının bütün gizli məlumatlarını əldə ediblər.
Türk pilotların test uçuşu etdiyi təyyarənin bütün mülkiyyət hüquqları da Türkiyəyə verilib.
AzNews.az