BMT-nin nümayəndəsi: “Bölgədəki vəziyyət “mərhəmətsizlikdir“

Myanmarda ölənlərin sayı 43 nəfərə yüksəlib.


AzNews.az xəbər verir ki, Myanmarın "New Light" qəzeti təxminən 2 həftədir davam edən hadisələrdə ölülərin sayının 43-ə qalxdığını, 1.300 binanın yandırıldığını və 11 min 376 adamın evsiz qaldığını yazıb.
     
Qəzet, 15 ərazidə baş verən 163 hadisə ilə əlaqədar 68 nəfərin həbs olunduğunu da bildirib.
     
Xatırladaq ki, buddistlər və müsəlmanlar arasında martın 20-də Meikhtila şəhərində başlayan qarşıdurmalarda çox sayda ev, dükan və məscid zərər görüb.

BMT-nin baş katibinin Myanma xüsusi nümayəndəsi Vijay Nambiar, bölgəyə etdiyi səfər zamanı, vəziyyət i``mərhəmətsizlik`` olaraq qiymətləndirib.
     

Xəyalə Məmmədova
AzNews.az