3 ton silah təhvil verildi

Fransa hərbçiləri Mali ordusuna ölkənin şimal-şərqində xüsusi əməliyyat zamanı ələ keçirilmiş silah-sursatı təhvil verib.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı fransızlar yeddi ton silah ələ keçiriblər, lakin Malı ordusuna onun hələlik yalnız üç tonunu təhvil veriblər. Qalan silah Mali hərbçilərinə günün sonunadək təhvil veriləcək.

Malidəki Fransa hərbi kontingentin nümayəndəsi polkovnik Jan Frederikin sözlərinə görə, ələ keçirilmiş silahın yalnız 15-20 faizi bərpa edilib gələcəkdə istifadə oluna bilər: "Qalan silah yerindəcə məhv olunur ki, dinc sakinlər üçün hər-hansı təhlükə yaranmasın".

Qeyd olunan silah-sursatın əksəriyyəti üsyançılar tərəfindən Malinin şimalındakı hərbi bazalardan ələ keçirilmişdi, qalan hissəsi isə ölkəyə qaçaqçılıq yolu ilə gətirilib.

AzNews.az