Çilidə tələbələr özəl məktəblərdə təhsil haqqının azaldılmasını istəyir Çilidə tələbələr özəl məktəblərdə təhsil haqqının azaldılmasını istəyir

Tələbələr təhsil haqqının azaldılmasını istəyirlər- VİDEO

Çilidə tələbələr özəl məktəblərdə təhsil haqqının azaldılmasını istəyir



Çilidə təhsil sistemində islahatlar tələb edən tələbələrin etirazları ikinci günündə də zorakılıqlarla müşahidə olunub. Paytaxt Santyaqo küçələrində yürüş edən yüzlərlə tələbə istəkləri yerinə yetirilməyincə, aksiyalara davam edəcəklərini bildiriblər. Ötən gün axşam saatlarına qədər davam edən aksiyaya təhlükəsizlik qüvvələrinin müdaxilə etməsi yenidən qarşıdurmalara səbəb olub. Qarşıdurma zamanı azı 7 polis əməkdaşının xəsarət aldığı, 54 nəfərin isə həbs edildiyi bildirilir. Qarşıdurma zamanı polis qüvvələri fəalları gözyaşardıcı qazlar və təzyiqli su şırnaqları ilə dağıtmağa çalışıb. Fəallar isə daş və yanıcı maddələrlə polisə müdaxilə edib. Etirazçılardan polisə qarşı odlu silahdan istifadə edənləri də olub.

AzNews.az