Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin avtomobili qəzaya düşüb Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin avtomobili qəzaya düşüb

Jirinovski avtomobil qəzasına düşdü

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin avtomobili qəzaya düşüb






APA-nın Moskva müxbirinin məlumatına görə, qəza bu gün saat 11:30 radələrində paytaxtın mərkəzində, V. Jirinovskinin yaşadığı evin yaxınlığında baş verib.

V. Jirinovskinin xidməti avtomobili olan "Maybax" park edilmiş "Toyota" markalı avtomobilə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, V. Jirinovskinin bahalı avtomobilinə ciddi ziyan dəyib.

V. Jirinovski qəza baş verən zaman avtomobildə olmadığını söyləyib: "Mənim sürücümün günahı olmayıb. Küçələr çox dardır. Hansısa maşın bizim maşının yanından keçəndə sürtüb keçib. Bu qədər. Hər şey normaldır. Mən avtomobildə olmamışam. Həmin vaxt iclas keçirirdim".


AzNews.az