Qədim küp-məzarlıq tapılıb - Hətta eramızdan əvvəl II əsrə qədər qədim ola bilər

Türkiyənin Balıkəsir vilayətinin Edremit rayonunun Kazdağları bölgəsində eramızdan əvvəl X əsrə aid olduğu ehtimal olunan Antandros qədim şəhərinin ərazisində küp-məzarlıq aşkar olunub.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Edremit bələdiyyəsinin birgə himayəsi əsasında aparılan arxeoloji qazıntı zamanı iki məzarlıq aşkarlanıb və ərazidə qazıntı işləri başa çatdırılıb. Ehtimal olunur ki, bu məzarlar, hətta eramızdan əvvəl II əsrə qədər qədim ola bilər. (AZƏRTAC)

AzNews.az