Dava-dalaş zamanı xəsarət alan şəxs xəbəri olmadan dörd gün üzündə bıçaqla gəzib. Dava-dalaş zamanı xəsarət alan şəxs xəbəri olmadan dörd gün üzündə bıçaqla gəzib.

Üzünə bıçaq batdı, dörd gün sonra xəbər tutdu

Dava-dalaş zamanı xəsarət alan şəxs xəbəri olmadan dörd gün üzündə bıçaqla gəzib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasında (CAR) qeydə alınıb. Barda dostu ilə dalaşan 25 yaşlı kişi üzünə bıçaq batırıldığından xəbəri olmayıb. Daha sonra ağrılar əmələ gəldikcə xəstəxanaya gedib.

Rentgen görüntüsündən məlum olub ki, sol gözünün altında sümüyə dirənmiş şəkildə 10 santimetrlik bıçaq var.

Bıçaq əməliyyat vasitəsilə çıxarılıb.

Nurlan AĞA
AzNews.az