- Köhnə - Dünya
- 28 Sentyabr 2018 12:43
- 6 361
Ərdoğan Merkelə siyahı təqdim etdi – 69 nəfər
Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) içərisində FETÖ, PKK kimi terror təşkilatları üzvlərinin adının olduğu 69 nəfərlik siyahı hazırlayıb.
AzNews.az “Yeni Asır” qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya rəsmi səfərdən öncə kansler Angela Merkelə həmin siyahını təqdim edib.
MİT-in siyahısında terrorçuların adları ilə yanaşı, onların ünvanları, yaşadıqları bina və fotoları da yer alıb.
Siyahıda Adil Öksüz, Can Dündar, Zəkəriyyə Öz kimi şəxslərin adları var.
Qeyd olunur ki, Ərdoğan MİT-in siyahısındakılarla bağlı Merkellə müzakirə aparacaq və onların geri qaytarılması, ya da başqa ölkəyə göndərilməsini tələb edəcək.
Nurlan AĞA
AzNews.az