Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyaya “S-300” hava müdafiəsi sisteminin göndərilməsinin başlandığını bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyaya “S-300” hava müdafiəsi sisteminin göndərilməsinin başlandığını bildirib.

Rusiya Suriyaya “S-300” göndərməyə başladı

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyaya “S-300” hava müdafiəsi sisteminin göndərilməsinin başlandığını bildirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Lavrov BMT Baş Assambleyasının Nyu-Yorkdakı 73-cü zirvə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Suriyada Rusiya, Türkiyə və İranın mövqeləri tam olaraq, üst-üstə düşməsə də, terrorla mübarizə və Suriyanın birliyi uğrunda ölkələr dəstək nümayiş etdirir.

O, Suriyaya “S-300”lərin göndərilməsinə də start verildiyini vurğulayıb.

Qeyd edək ki, rus döyüş təyyarəsinin Suriyada vurulmasından sonra Rusiya Suriyaya “S-300” anti-raket müdafiə sistemi göndərəcəyini bildirmişdi.

Nurlan AĞA
AzNews.az