Meksikanın Quanxuato ştatında polis əməkdaşları onlara hücum edən cinayətkar qruplaşmanın 10 üzvünü güllələyib. Meksikanın Quanxuato ştatında polis əməkdaşları onlara hücum edən cinayətkar qruplaşmanın 10 üzvünü güllələyib.

Polis əməkdaşları 10 qulduru güllələdi

Meksikanın Quanxuato ştatında polis əməkdaşları onlara hücum edən cinayətkar qruplaşmanın 10 üzvünü güllələyib.

Bu barədə "Universal" nəşri xəbər verib.

Bildirilir ki, Herekuaro rayonunda "Halisko – Yeni nəsil" qruplaşmasının üzvləri ölkənin federal polisinin xüsusi təyinatlı dəstəsinə hücum edib. Sayca cinayətkarlardan az olmalarına baxmayaraq, yaxşı təlim görmüş polis əməkdaşları hücumçulardan 10-unu öldürüblər. Silahlı qarşıdurma zamanı daha 5 nəfər yaralanıb. Onlar arasında 1 polis əməkdaşı və 1 həkim də var.

Geri çəkilən cinayətkarlar asan şəkildə qaçmaq üçün şosedəki avtomobilləri yandırıblar. Atışmanın baş verdiyi ərazidə cinayətkarların 7 avtomobili müsadirə edilib. Onlardan 4-ü axtarışda olub. (report)

AzNews.az