“Trami” tayfunu Yaponiyanın cənubuna yaxınlaşmaqdadır. “Trami” tayfunu Yaponiyanın cənubuna yaxınlaşmaqdadır.

“Trami” tayfunu Yaponiyaya yaxınlaşır

“Trami” tayfunu Yaponiyanın cənubuna yaxınlaşmaqdadır.

Xarici KİV bildirir ki, Okinava prefekturasında tayfunun səbəb olduğu güclü küləklər nəticəsində 18 nəfər xəsarət alıb.

Hazırda tayfunun mərkəzi Yorondzima adasından 50 kilometr məsafədə yerləşir. Yaxın bir neçə saat ərzində “Trami”nin tam şiddətlə ölkə ərazisinə daxil olacağı gözlənilir.

Tayfunla əlaqədar Okinavada 400-ə yaxın aviareys ləğv edilib.

230 mindən çox sakin elektriksiz qalıb.

Xatırladaq ki, bu, Sakit okeanda, Filippindən qərbdə cari mövsümün 24-cü tayfunudur.

"Trami" adı verilən bu tayfunun mərkəzində küləyin sürəti saniyədə 48-58 metr təşkil edir. Onun supertayfun səviyyəsinə çatacağı da istisna edilmir. (Virtualaz.org)

AzNews.az