İngiltərənin “Mançester Siti” futbol klubu “Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappeni alacağı barədə məlumat yayıb. İngiltərənin “Mançester Siti” futbol klubu “Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappeni alacağı barədə məlumat yayıb.

Mbappe dünyanın ən bahalı futbolçusu olacaq, əgər...

İngiltərənin “Mançester Siti” futbol klubu “Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappeni alacağı barədə məlumat yayıb.

AzNews.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu transfer mançesterlilərə təqribən 224 milyon avroya başa gələcək.

“Mançester Siti” rəhbərliyi dünya çempionu ilə qış fasiləsində müqavilə imzalamaq niyyətindədir.

Keçid baş tutacağı təqdirdə Mbappe dünyanın ən bahalı futbolçusu olacaq.

Qeyd edək ki, hazırda bu titul PSJ-nin hücumçusu Neymara məxsusdur. Braziliyalının “Barselona”dan keçidi 222 milyon avroya başa gəlib.

AzNews.az