- Köhnə - Dünya
- 1 Oktyabr 2018 07:21
- 7 102
ABŞ-da maşın partladı - Ölənlər var
Amerikanın Pensilvaniya ştatında avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, partlayış sentyabrın 30-da Allentaun şəhərində baş verib.
"Cinayətkarın hadisə nəticəsində öldürüldüyünə inamımız yüksəkdir", - prokuror Cim Martin bildirib.
Hadisənin şənbə günü yerli vaxtla saat 9:30-da baş verdiyini bildirilirdi. Yerli polisin məlumatına görə, artıq rayon sakinlərinin həyatı üçün bir təhlükə yoxdur.
AzNews.az