- Köhnə - Dünya
- 1 Oktyabr 2018 12:28
- 6 900
ABŞ Türkiyəni “nəzarətə götürür” – Yunanıstanda radarlar quruldu
ABŞ Yunanıstan ərazisində radar sistemi qurur.
AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, sistem Türkiyədən 60 km uzaqlıqda yerləşən Dədəağac bölgəsindədir. Radar Meriç bölgəsi ilə boğazları və Şimali Egey adalarını nəzarətdə saxlaya biləcək.
Yeni nəsil radar nəzarət sisteminin hava və quru yolları vasitəsilə səs, həmçinin görüntü təsbit edə biləcəyi qeyd olunub.
Nurlan AĞA
AzNews.az