- Köhnə - Dünya
- 1 Oktyabr 2018 15:22
- 6 944
Minalar təmizlənir - Şimalla Cənubdan örnək addım
Şimali və Cənubi Koreya hərbi birlikləri iki ölkə arasındakı minaları təmizləməyə başlayıb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib.
İki ölkə arasındakı gərginliyin azaldılması ilə əlaqədar olaraq, minalar 20 gün ərzində təmizlənəcək.
Qeyd edək ki, minaların təmizlənməsi haqqında qərar keçən ay Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İn arasında baş tutan üçüncü zirvə görüşündə qəbul edilib.
Nurlan AĞA
AzNews.az