Fransada ilk soyqırım məhkəməsi

Ruandada 1994-cü ildə törədilən soyqırımın günahkarlarından biri ilk dəfə olaraq Fransada mühakimə olunacaq. Belə ki, tutsiləri kütləvi şəkildə soyqırıma məruz qoymaq üçün hutu silahlılarını yönləndirən yüzbaşı Paskal Simbikanqvanın istintaqı artıq başa çatıb.

Prokurorluq "Safari" ləqəbli Paskala qarşı "insanlığa qarşı cinayət törətmək və soyqırımda iştirak" ittihamı irəli sürüb. Əgər ittihamlara etiraz edilməzsə, 10 gün ərzində Fransada ilk soyqırım məhkəməsi başlayacaq.

Qeyd edək ki, Ruandadakı soyqırım günahkarları indiyə qədər ancaq bu ölkənin Ağır Cıza Məhkəməsində mühakimə edilib. Soyqırıma göz yummaqla ittiham edilən Fransa isə 2012-ci ildə öz ölkəsində həbs edilən soyqırım günahkarlarını xüsusi olaraq mühakimə edir.


Elnarə Əlosmanqızı
AzNews.az