- Köhnə - Dünya
- 6 Aprel 2013 16:59
- 2 728
BMT-dən həbsxananın bağlanması üçün bəyanat
Bu barədə BMT-nin İnsan haqları üzrə ali komissarı Navi Pillay bəyan edib.
Pillay bildirib ki, məhbusların bu yaxınlarda keçirdikləri aclıq aksiyası onların son həddə çatdırıldığını göstərir. Quantanamodakı 160 məhbusun bəziləri orada 10 ildən artıqdır ki, cəza çəkirlər.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-ın Kubadakı bazasında Əfqanıstanda ələ keçirilmiş əsirlərdən ötrü həbsxana yaradılıb. Rəsmi olaraq bu həbsxana Birləşmiş həbs qrupu adlanır.
AzNews.az