- Köhnə - Dünya
- 8 Aprel 2013 21:07
- 2 470
Hamilə qadına qarşı görünməmiş qəddarlıq
ABŞ-da qanun keşikçiləri hamiləliyin 8-ci ayında olan qadına qarşı elektroşokdan istifadə ediblər
ABŞ-ın İllinoys ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları 29 yaşlı hamilə qadın Lyusinda Uayta qarşı fiziki güc tətbiq ediblər. Milli.Az Life News-a istinadən xəbər verir ki, qadın 31 yaşlı sevgilisi Frederik Tomasın avtomobil dayanacağında bir nəfərlə mübahisə etdiyi üçün polis çağırmışdı. Frederik nəqliyyat vasitələrinin yüngül toqquşmaları ucbatından mübahisə edirdilər.
Hadisə yerinə gələn qanun keşikçiləri isə günahkarı ortaya çıxarmaq əvəzinə hamilə qadına hücum ediblər.
Sonradan polislər etdikləri hərəkətə görə bəraət qazanmaq üçün deyiblər ki, qadın möhkəm qışqırırdı və onları söyürdü.
Şahidlərdən biri hadisənin videosunu çəkərək internetə yerləşdirib.
Qeyd edək ki, bu, ABŞ polisinin qadınlara qarşı zorakılıq tətbiq etdiyi ilk hal deyil.
AzNews.az