- Köhnə - Dünya
- 27 Aprel 2013 18:30
- 2 481
"21 Dekabr" hadisəsi ilə üç günlük körpənin ölümünün əlaqəsi
Həbs olunanların arasında körpənin anasının da adı var.
Polisin məlumatına görə, təriqət nümayəndələri üç günlük körpəni dəccal olmaqda günahlandırıblar və keçirdikləri dini ayin əsasında onu yandırıblar.
Polis dindirilməsi zamanı təriqətin başçısı və yandırılan körpənin atası Castillo Gaete özünün tanrı olduğunu və əgər körpəni yandırmasaydı 21 dekabr tarixində dünyanın sonun gələcəyini deyib.
Dedektiv Miguel Ampuero təriqətçilərin canlı körpənin çılpaq vəziyyətdə, səsinin çıxmaması üçün ağızını bağladıqdan sonra taxtaya bağlayaraq yandırdığını deyib.
Qeyd edək ki, araşdırmalara görə, təriqət 2005-ci ildə yaradılıb.
AzNews.az