Anqela Merkel Əfqanıstana gəlib

Almaniyanın kansleri Angela Merkel əvvəl elan edilməmiş səfərlə cümə günü Əfqanıstana gəlıb, Trend RİA Novosti agentliyinə istinadən məlumat verir

Nümayəndə agentliyə təsdiq edib ki, Merkel Balx şimal əyalətindəki Məzari-Şərif şəhərində yerləşən alman silahlı qüvvələrinin baş qərargahına gəlib. Onu müşayiət edir Almaniyanın müdafiə naziri Tomas de Mezyer.

Merkel əvvəllər həmçinin qabaqcadan səfər barədə elan etmədən 2012-ci ilin martında Əfqanıstana baş çəkib. O dəfə regionda bərk yağmış qara görə, o, Kunduz əyalətində Almaniyanın silahlı qüvvələrinin bazasına baş çəkə bilməyib.

AzNews.az