Əcdadı qul olan prezident xanımı- Siyasi tablo

Mişel Obama: “Lap ömrümün sonuna kimi Barakı təbliğ etməyə hazıram...”

" O dəyişmədi... O elə illər öncə sevdiyim və gördüyüm kişidir. Doğrudur bəzən çoxlu pullar, lüks həyat insanı dəiyirşir, ancaq o dəyişmədi. Ağ ev, ağ kreslo, ağ yataq, ağ həyat onu dəyişmədi. Mən fəxr edirəm, fəxr edirəm ki, Barak Obama 2 qızımın atası və mənim həyat yoldaşımdır"...

Məhz xanımı Mişel Obamanın bu çıxışı ilə ikinci dəfə prezidentlik postuna gələn Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti Barak Obama andiçmə mərasimində göz yaşı tökən ilk prezidentə çevirilir.

Mişel siyasətçi, ictimai xadim olmaqla bərabər, həm də gözəl ana və həyat yoldaşıdır. Amerikanın birinci xanımı Mişel Obama 17 yanvar 1964-cü ildə Çİkaqo şəhərində anadan olub. O qul nəslindəndir. Mişelin ulu əcdadları Afrikadan Amerikanın Karolina ştatına gəlmiş qullar olublar. O qədər də zəngin olmayan ailədə böyüyən Mişel öz uşaqlığını belə xatırlayır :
"
Mən adi ailənin bir qızı olmuşam. Atam hər gün işə gedirdi, anam isə evdar qadın olub. Axşamlar atam evə gələr, şam yeməyindən sonra bir az əylənər, söhbətləşər və yatardıq. Bununla biz özümüzü xoşbəxt hiss edirdik. Yay tətilllərində isə adətən Miçiqan ştatına istirahətə gedərdik".
Mişel məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra dövrün nüfuzlu universitetitlərin birində təhsilini davam etdirib. Universitetdə təhsil aldığı illərdə Mişel həmişə afroamerikalıların əcdadları, nəsli kəsilməkdə olan qəbilələrin taleyi və qaradərililərin müdafiəsinə istiqamətlənmiş araşdırmalar apararaq, universitetdə fəallığı ilə seçilən tələbələrdən biri olub. Daha sonra aspiratura təhsilini davam etdirməklə o doktorluq dərəcəsi alır.

Qeyd edək ki, Mişel aspirantura dərəcəsi alan üçüncü Amerika ledisidir.

Barak Obama ilə tanışlığı

Dünyada həm də sevgi simvoluna çevrilmiş Mişel və Barak Obama cütlüyünün tanışlğı 1991-ci ilə təsadüf edir. Onlar "Sidley Oustin" adlı bir hüquq şirkətində tanış olublar. Bir yerdə işləyən cütlüyün ilk görüşü və səmimi söhbəti "biznes lanç" vaxtı olub. İndi o illəri xatırlayan Mişel "mən onda çox utancaq idim və elə düşünürdüm ki, Barakın məndən xoşu gəlmir. Təsadüfə bax ki, o da eyni şeyi düşünürmüş . Hər şey çox səmimi başladı və yaxşı kı, mən həmin şirkətdə işə düzəldim" .

Karyerası

Universtiti bitirdikdən sonra doğma Çikaqo şəhərinə qayıdan Mişel "Sidley Oustin" adlı hüquq şirkətində işə düzəlir. 1991-ci ildə şəhər merinin assistenti vəzifəsində işləyən Mişel Çikaqo şəhərinin inkişafı üçün uğurlu layihələr həyata keçirməklə şəhər əhalisinin rəğbətini qazanır. Hüquq təhsilli olmasına baxmayaraq, əsasən ictimai sektorda çalışan Mişel Obama 2002-ci ildə Çikaqo universiteti nəzdində fəaliyyət göstərən Akademik tibbi mərkəzin direktoru vəzifəsində çalışmağa başlayıb.

Seçki illəridə Barak Obamaya böyük dəstək və təbliğat istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə seçilən Mişel müsahibələrinin birində "lazım gələrsə, lap ömrümün sonuna kimi Barakı təbliğ etməyə hazıram. Seçki ərəfəsində bu işin nə qədər ağır olmasına baxmayaraq, sonda nəticəni gözəl görməkdən və sevdiyin şəxsə dəstək olmaqdan gözəl heç nə yoxdur" deyir.

Birinci ledi kimi fəaliyyəti

Əsasən uşaq evlərinə yardım və həyat yoldaşına dəstəyi ilə yadda qalan simalardandır. Ancaq Mişelin Barak Obamanın hətta siyasi işlərində də yanında olması ABŞ-da birmənalı qarşılanmır. Əgər bir qrup insanlar onun həyat yoldaşına dəstəyini yüksək qiymətləndirib, bununla öyünürlərsə, digər qrup Mişelin həddindən artıq Ağ evin "siyasi blokunda" görünməsini normal hesab etmirlər.

Həyata keçirdiyi layihələr əsasında ən uğurlusu "Uşaqların sağlam qidalanması və artıq piylənməyə son" layihəsi olub. Layihəyə sərf edilən milyon dollarla vəsait öz nəticəsini verdi, desək yanılmarıq. Çünki ABŞ xalqının Mişeli məhz bu layihədən sonra sevməsi şübhəsizdir.

Dəb ikonası

Prezident xanımı olduqdan sonra daha da məşhurlaşan Mişel Obama siyasi, ictimai fəallığı ilə yanaşı gözəl zövü və və dəb aləminə verdiyi tövhələrlə də yadda qalıb. Belə ki, dəfələrlə moda jurnallarının üz qabığı olan və Amerika, o cümlədən dünyanın ən cazibədar xanımları siyahısında yer alan Mişel bunun sirrini sağlam ailədə görür.

"Qadın ailədə xoşbəxt olmalıdır. Hər şey bundan yaranır. Əgər bir qadın ailədə xoşbəxt deyilsə, onun heç bir şeyi gözəl ola bilməz. Nə qədər dəblə geyinsə belə, gözündəki kədər geyiminə çökəcək. Mənim də sirrim budur. Mən ailəmdə xoşbəxtəm, buna görə də, kənardan hər şey gözəl, yəni olduğu kimi görünür".

Mişel Obamanın son zamanlar xüsusilə teleşou proqramnlarına qatılması və jurnalların üz qabığında yer alması Amerikada birmənalı qarşınlanmır. Aparılan soğu nəticəsində bəlli olub ki, 42% əhali onun dəbə, televiziya verilişlərinə bu qədər meylli olmasını müsbət qarşılamır.

Mişel Amerika tarixində "Oskar" mükafatının təqdimatı mərasimində qalibə "Oskar" verən ilk birinci xanımdır. 2013-cü ildə keçirilən ənənəvi "Oskra" yarışmasında çox poztiiv və səmimi çıxış edən birinci xanım bu addımdan sonra kinosevrlərin də sevgisini qazanmağa nail olub.

Aynur Hüseynova
AzNews.az