Obama yeni müşavirini təqdim etdi

Süzan Rays bu ilin iyulunda Tomas Donilonu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində əvəz edəcək.

Bu barədə ABŞ Prezidenti Barak Obama bəyan edib.

Obamanın sözlərinə görə, Tom iyulun əvvəlində istefaya getməyi qərara alıb. O, həmçinin bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olan Raysın yeni təyinatını rəsmən təsdiq edib.

Prezident Donilonu Amerika tarixində "milli təhlükəsizlik üzrə daha effektiv müşavirlərdən biri" adlandırıb və müstəsna fəaliyyətinə görə ona təşəkkürünü bildirib.

Obama, həmçinin demokratik administrasiyanın xarici siyasət komandasının formalaşdırılmasında Raysın rolunu vurğulayıb: "O, ABŞ-ın BMT-dəki diplomatiyasını canlandırmağa kömək etdi".

Prezident BMT-də daimi nümayəndə vəzifəsinə namizədi - bundan əvvəl Milli Təhlükəsizlik Şurasının xarici əlaqələr və insan haqları üzrə direktoru olan Samanta Paueri təqdim edib.//trend//


AzNews.az