- Köhnə - Dünya
- 3 İyul 2013 09:17
- 848
“Onu qorumaq yox, həbs etmək lazımdır“

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, müxalifət qüvvələri Mursinin şəxsi cangüdənləri ilə danışıqlara başlayıblar. "Tamarrud" cərəyanı nümayəndələri Mursinin nəyinki istefası, həmçinin onun həbs edilməsini tələb edir.
Günlərdir Qahirənin mərkəzi küçələrində aksiya keçirən etirazçılar dünən televiziya vasitəsi ilə cangüdənlərə müraciət ediblər.
Müraciətdə bildirilir:
"Onu qorumaq yox, həbs etmək lazımdır. Əks halda başqa tədbirlər görəcəyik".
Aynur Hüseynova
AzNews.az