“Ermənistana ordu göndərməklə səhv etdik“

ABŞ gec-tez müsəlman dünyasında atom bombası partlatmağı qarşısına məqsəd qoyub

Bunu Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. Misirdeki hadisələri qiymətləndirən LDP sədri bu hadisələrin ABŞ tərəfindən dünyadakı stabilliyi pozmaq cəhdlərinin növbəti mərhələsi olduğunu bildirib.

ABŞ-ın dollar borclarından canını qurtarmaq üçün dolları ləğv etmək istədiyini, ancaq bütün pullarını dollarla saxlayan dünya ölkələrinin buna razı olmadığına diqqət çəkən Jirinovski dolları ləğv etmek üçün müsəlman dünyasına atom bombası atılacağını vurğulayıb.

Misir, Liviya, İraq, Türkiyə və bütün müsəlman dünyasında xaos yaradılacağını iddia edib. "Avropada atom bombası partlatmaq olmaz; yazıqdırlar, Rusiyada mənası yoxdur, Afrikada da həmçinin bunun nə fayda verəcəyi bilinməz. Ona görə bomba əhalisi çox olan müsəlman dünyasında partladılmaldır. Sonra ise ABŞ dünyaya səslənib deyəcək ki, dünya iqtisadiyyatına kömək etmək lazımdır, milyonlarla insan ölür. Gelin dolları ləğv edək. Milli pullarımızla ticarətə keçək".

İslam dünyasındakı stabilliyin pozulmasının Rusiyaya da təsir edəcəyini deyen Jirinovski ölkəsinin xarici siyasətdə böyük səhvlər etdiyini qeyd edib. "Türkiyede Mustafa Kamal Atatürkü, Çinde isə Mao Zedunu dəstəklədik. Əfqanıstan, Çeçenistan və Ermənistana ordu göndərməklə də səhv etdik. Biz İslam dünyasıyla konflikte girməməli idik. Onlarla aramızda izolyasiya qurmalıyıq. Bu səhvlərimiz nəticəsində müharibə bizim Ural,sibir və Altay regionlarımıza sıçraya bilər. Diqqətli olmalıyıq".

AzNews.az