Londonun hava limanında təyyarə yanır

Londonun Hitrou hava limanı "Efiopian eyr" aviaşirkətinə məxsus təyyarənin yanması səbəbindən bağlanıb. APA-nın məlumatına görə, terminalın binası yaxınlığında dayanmış avialayner yanğınsöndürən maşınlarla əhatə olunub.

Hava limanının rəsmi nümayəndəsi hazırda Hitrounun təyyarə qəbul etmədiyini bildirib. Həmçinin uçuşlar da qadağan olunub, reyslər təxirə salınıb. Limanın uçuş-enmə zolaqları bağlıdır.

AzNews.az