Papa Tanrının qəzəbinə tuş gəldi - Fotolar

Dünya Gənclər Günü səbəbi ilə Braziliyada olan Papa Fransis, ölkənin məşhur Kopakabana çimərliyində minlərlə gənc qarşısında çıxış edib. ANS PRESS-in məlumatına görə, papanın çıxışı zamanı əsən şiddətli külək onun danışmasına maneə olub.

Belə ki, külək Papa seçildikdən sonra ilk ziyarətini Braziliyaya edən Fransisin paltarını uçurub və onun danışığının kəsilməsinə səbəb olub.

Küləklə mübarizə edən Papanın görüntüləri sosial şəbəkələrdə də yayılıb. Görüntülərə şərh yazanlardan biri "Tanrı ilə zarafat olmaz" yazaraq papanı lağa qoyub. Bu şərhdə papanın bir müddət əvvəl etdiyi zarafata işarə edilir.

Xatırladaq ki, Fransis yeni Papanın ölkələrindən seçilməsini arzu etdiklərini bildirən breziliyalılara "Tanrı onsuz da braziliyalıdır. Siz bir də Papanın buradan çıxmasını istəyirsiniz"-deyərək zarafat etmişdi.


AzNews.az
image description image description image description image description image description image description