Məhkəmə bununla bağlı məktub göndərib Məhkəmə bununla bağlı məktub göndərib

“OMON”-çuların şikayəti Avropa Məhkəməsində icraata qəbul edildi

Məhkəmə bununla bağlı məktub göndərib




Ömürlük azadlıqdan məhrum edilmiş keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, dəstənin sıravi polis nəfəri olmuş Səfa Poladov və Arif Kazımovun şikayətləri Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən icraata qəbul edilib.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə bununla bağlı məktub göndərib.

Qeyd edək ki, Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun barəsində ölüm hökmü çıxarılıb. Sonradan onların cəzaları ömürlük cəza ilə əvəzlənib. "OMON"çularla bağlı 2004-cü ildə təkrar məhkəmə keçirilsə də, onlar haqda qanunsuz silahlı birləşmələrdə iştirak, dövlətə xəyanət ittihamları dəyişdirilməyib.

Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət də onların cəzalarının azaldılması ilə bağlıdır.

AzNews.az