- Köhnə - Dünya
- 2 Avqust 2013 18:27
- 2 712
Vergilər azaldılacaq - Qərar
Belə ki, hökumət qərara əsasən, restoranlar üzərində tədbiq olunan Əlavə Dəyər Vergisini 23 faizdən 13 faizə endirib. Bu isə restoranlarda yeməyin daha ucuz başa gəlməsi üçün imkan yaradıb. Ölkənin maliyyə naziri Yannis Sturnaras qərar əsasında, qiymətlərin azı 8 faiz aşağı düşəcəyini bildirib. Lakin bəzi restoran sahibləri qiymətlərin aşağı salınmasına etiraz edib və qərarın turizmə fayda verəcəyinə şübhə ilə yanaşdıqlarını bildiriblər. Onların sözlərinə görə, hazırkı qiymətlər böhranlı vəziyyətdə ən münasib həddədir.
Qeyd edək ki, hökumət qiymətlərdə dəyişiklik olmayacağı təqdirdə maliyyə siyasətini yenidən gözdən keçirəcəyini və Əlavə Dəyər Vergisini yenidən 23 faiz qədər qaldıracağını bildirib.//anspress//
AzNews.az