Qadın deputatı hədələdilər: “Videonu qoyacağam“

İngiltərə Fəhlə Partiyasından olan millət vəkili Stella Krisi Twitter-də zorlama hədələri ilə dolu mesajlar alıb.

O, sözügedən sosial şəbəkədə təcavüz və ölüm təhdidləri ilə üzləşən feminist jurnalist Karolin Kriado-Perezin müdafiəsinə qalxandan sonra özü də belə hədələrə məruz qalıb.

Qadın deputat sözügedən şəbəkədə hədələndiyi ilə bağlı polisə məlumat verib. Təhdidlərin sosial şəbəkələrdə qəsdən təcavüz və seksual şantaj məqsədilə istifadə edilən hesablardan (troll-dan) edildiyi məlum olub. Twitterdə ona bu sözləri yazıblar: "Özündən muğayat ol, səni sabah saat 8-də zorlayıb, videonu internetə qoyacağam!".

Deputat polisi sosial şəbəkələrdən sui-istifadə edənlərlə mübarizə etməyə çağırıb və bunları deyib: "Bunun Twitter ilə əlaqəsi yoxdur, bu, qadına və qadının söz sahibi olmasına qarşı doğan nifrətdən başqa bir şey deyil".

Adıçəkilən hədələrlə bağlı İngiltərə polisi araşdırmalara və axtarışlara başlayıb./gun.az/

AzNews.az