Ərəb şeyxlərinin Ramazanda gecə əyləncəsi - FOTO

Zəngin ərəb şeyxləri Ramazan ayı boyunca müxtəlif ölkələrin iqtisadiyyatına xeyli xeyir verib. Xüsusilə İngiltərənin paytaxtı Londonda bu ay ərzində ərəb şeyxləri daha çox görünməyə başlayıb.

AzNews.az "Mail Online"nə istinadən xəbər verir ki, ərəb şeyxləri gündüzlər əsasən alış-veriş məkanlarında vaxt keçirsələr də, gecələri daha çox klublarda olurlar. Onlar bu gecə klublarında əylənmək üçün həddi-hesabı bilinməyən məbləğ ödəyir, gənz qızlarla zaman keçirirlər.

Ramanaz ayı boyunca London küçələrində qiyməti azı 200 min dollardan başlayan lüks avtomobillər görünməyə başlayıb. Şeyxlər bu "oyuncaqları"nı da özləri gəldikləri özəl təyyarələrdə Londona gətirib.
Gecəni əsasən bar və klublarda əyləncəyə sərf edən ərəb şeyxlərinin ailəsi də belə səfərlərdə onların yanında olur.

Ancaq şeyxin ailə üzvləri onunla birlikdə gecə əyələncəsinə qatıla bilməz. Əvəzində onlar Londonun ən məşhur alış-veriş mərkəzlərinə brend mallar seçərək qarderoblarını genişləndirməklə məşğul olurlar.

Elnur
AzNews.az

image description image description image description image description image description