Microsoft-un vitse-prezidenti öldü - Foto

ABŞ-ın Konnektikut ştatında yaşayış binalarının üstünə düşmüş təyyarənin pilotu Microsoft korporasiyasının vitse-prezidenti Bill Heninqsraaddır.

Milli.Az Microsoftalumni-yə istinadən bildirir ki, korporasiyada 14 il çalışan, lisenziyalaşdırma və qiymət siyasəti üzrə vitse-prezident B.Heninqsraad İst-Heyven şəhərinin səmasında olanda təyyarə üzərində idarəetməni itirib.

Qəzaya uğramış təyyarə Ellumax Leasing, LLC şirkətinə məxsusdur.

İst-Heyven şəhərində yaşayış binasının üzərinə düşən təyyarənin partlaması nəticəsində yanğın baş verib.

Hadisədə 6 nəfərin həlak olduğu vurğulanır.

Həlak olanlar arasında 1 və 13 yaşlı uşaqlar da var.

AzNews.az