Məscidə hücum hazırlayan əsgər saxlanıldı


Fransanın Lion şəhərində avibazada xidmət keçən hərbçi saxlanılıb. Hərbçi məscidi partlatmaq niyyətində olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 23 yaşlı əsgər bundan əvvəl də bir dəfə məscidə hücum edib.

BBC-nin məlumatına görə, əsgər terror aktı törətmək üçün silah saxlamaqda ittiham edilir. Terror aktının Ramazan ayının sonunda həyata keçirilməsi planlaşdırılıb.

Elnarə
AzNews.az