Yarım əsr sonra rekord temperatur

Yaponiyada yarım əsr sonra havanın temperaturu rekord qırıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Koti əyalətində temperatur 41 dərəcəyə çatıb.

Demək olar ki, bütün Yaponiya ərazisində qızmar hava ciddi problemlərə yol açmaqdadır. Yay mövsümü başlayandan indiyə qədər gün vurma nəticəsində 68 nəfər həyatını itirib, 32 min nəfər xəstəxanaya yerləşdirilib. Əhaliyə açıq havada çox qalmamaq məsləhət görülür.

Xatırladaq ki, Yaponiyada bundan öncəki rekord 2007-ci ilin avqustun qeydə alınıb. Həmin vaxt temperatur 40,9 dərəcə olub. Sonuncu dəfə 41 dərəcə isti isə 52 il əvvəl, 1961-ci ildə müşahidə olunub.

AzNews.az