Müsəlmanları təhqir edən rejissorun aqibəti

"Müsəlmanların məsumluğu" filminin müəllifi həbsxanadan çıxıb.

Gün.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Mark Bessli Yusuf vaxtından əvvəl azad olunma şərtlərini pozduğuna görə cəzasını Amerikanın islah müəssisəsində çəkib.

O, reabilitasiya mərkəzinə köçürülüb. Burada məhbuslar hakimiyyətin nəzarəti altında ictimaiyyət arasında tədricən həyata öyrəşirlər. Yusuf cəza müddətinin sonunadək orada qalacaq. Rejissorun cəza müddəti cari ilin payız ayında başa çatır. Mərkəzin harada yerləşdiyi açıqlanmır.

Xatırladaq ki, 56 yaşlı Yusuf 2012-ci ilin noyabrında Kaliforniya məhkəməsi tərəfindən bir il müddətinə məhkum edilib. O, 2011-ci ildə dələduzluğa görə, cəza çəkdiyi həbsxanadan vaxtından əvvəl azad olunma şərtlərini pozmaqda müqəssir bilinib. Məhkəmə etiraf edib ki, Yusuf qadağaların ziddinə gedərək özünə ləqəb götürüb və internetdən istifadə edib. Eləcə də o, bu pozuntulara "Müsəlmanların məsumluğu" filmini çəkən zaman da yol verib.

Məhəmməd peyğəmbər (s) haqqında film ötən ilin avqustunda internetdə peyda olub. Video müsəlmanlar arasında etiraz dalğasına səbəb oldu. Və bu Amerika vətəndaşlarının ölümünə gətirib çıxardı. Rusiyada isə film ekstremist mahiyyətli elan olundu.

AzNews.az